“Tərəfdaş ölkələrlə birlikdə Orta dəhlizin imkanlarını artırmağa çalışırıq”

0

Türkiyə Azərbaycan, Qazaxıstan və Gürcüstanla birlikdə Orta dəhlizin imkanlarını artırmağa çalışır.

“Anadolu” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Orta dəhlizin Ticarət və Logistika Potensialının reallaşdırılması” adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, sözügedən ölkələrin rəsmiləri tez-tez görüşüb müzakirə aparırlar:

“Üçtərəfli mexanizmlərə uyğun olaraq dəhlizin imkanlarının artırılmasına çalışırıq. Azərbaycan-Qazaxıstan və ya Azərbaycan-Gürcüstan mexanizmlərinin yaradılması buna nümunədir. Digər tərəfdən, bu ölkələrlə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində bir araya gəlirik”.

Nazirin sözlərinə görə, Türk Dövlətləri Təşkilatı (TDT), Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və BMT Avropa İqtisadi Komissiyası çərçivəsində daşımaların, gömrük prosedurlarının asanlaşdırılması istiqamətində də işlər gedir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir. Bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası...

Bağla