Koronovirsla mübarizə tədbirləri çərçivəsində Səudiyyə Ərəbistanı Krallığında ramazan ayına məxsus təravih namazları və bayram namazı evdə qılınacaq. İslamveirfan.com xəbər verir ki, bu barədə Krallığın baş müftisi Abduləziz əş-Şeyx bəyanat yayıb.
Bəyanatda bildirilir ki, ramazan ayında təravih namazları evdə qılınacaq, həmçinin pandemiya davam edəcəyi təqdirdə bayram namazı da evdə qılınacaq.
Xatırladaq ki, kovid-19 pandemiyası səbəbilə Səudiyyə Ərəbistanında cümə və vaxt namazlarının məscidlərdə qılınması dayandırılıb, həmçinin ramazan ayında məscidlərdə etiqaf edilməsi, iftar edilməsi, su çeşmələrinin yanına istifadə edilmiş stəkan, yemək, xurma qoyulması qadağan edilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında indiyə qədər 7142 nəfər koronovirusa yoluxub, onlardan 87 nəfər dünyasını dəyişib.
Anadolu Agentliyi