Hindistan Arxeoloji Araşdırmalar qurumu (ASİ) Tac Mahalda namaz qılınmasını qadağan edib.
Bildirilir ki, məsələ ilə bağlı danışan Tac Mahal İntizam Komitəsinin sədri Seyid İbrahim Hüseyn sözügedən addımın atılması üçün heç bir səbəbin olmadığını və ASİ-yə şikayət edəcəklərini bildirib. Hüseynin sözlərinə görə, qərarın verilməsinə mərkəzi hökumətin və Aqra bölgəsinin yerli idarə strukturunun müsəlmanlara qarşı mənfi yanaşması ciddi təsir göstərib.