Türkiyənin tanınmış İslam alimi, Rize şəhərinin mənəvi rəhbərlərindən biri olan Rəsul Bölükbaş yoluxduğu koronovirus səbəbindən dünyasını dəyişib.
Yerli mətbuatın xəbərinə görə R. Bölükbaş “R. T. Ərdoğan” universitetinin elmi tədqiqat xəstəxanasında müalicə olunurdu və ötən həftə reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Məlumata görə, Rəsul Bölükbaş, İstanbul “Böyük Çamlıca” məscidinin imam-xətibi, qurra-hafiz İshaq Danış xocanın müəllimi olub.
Allah rəhmət eləsin!