TBMM SƏDRİ NUMAN KURTULMUŞ AZƏRBAYCANA SƏFƏRƏ GƏLİB

0

Türkiyə Böyük Millət Məclisinin Sədri Numan Kurtulmuş parlament nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlib.

Bu barədə Türkiyə mətbuatı xəbər verir.

N.Kurtulmuş və onu müşayiət edən nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Milli Məclisi Sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Əhliman Əmiraslanov, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Türkiyənin Bakıdakı səfiri Cahit Bağçı və digər rəsmilər qarşılayıblar.

N.Kurtulmuş sabah Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Baş nazir Əli Əsədov habelə digər rəsmilərlə görüşəcək.

TBMM sədri Bakıda TÜRKPA Baş Katibliyini, Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcək.

Qeyd edək ki, N.Kurtulmuş Azərbaycandan əvvəl Şimali Kipr Türk Cümhuriyyətinə səfər edib.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TOVUZ DÖYÜŞLƏRİNDƏN 3 İL ÖTÜR

Bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür. Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan döyüşlərdən üç il ötür. 2020-ci ilin iyulun 12-dən günorta...

Bağla