TBMM sədri: “Tək dost olduğumuz üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındayıq”

0

“Tək dost olduğumuz deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındayıq”.

Məlumata görə, bunu bu gün Bakıda jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.

Şentop deyib ki, Dağlıq Qarabağ hər zaman Azərbaycanın olub: “Azərbaycan tarix və beynəlxalq hüquq baxımından haqlıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Şurası və ATƏT-in qərarlarında Ermənistanın işğalçı olduğu əksini tapıb”.

TBMM sədri qeyd edib ki, Ermənistanın Gəncəyə hücumu müharibə cinayətdir: “Bu gün olmasa, sabah, digər gün müharibə cinayətləri törədənlərin mühakimə olunduğu dünyada yaşayırıq. Bosniya və Herseqovinada müharibə cinayətlərini törədənlər mühakimə olunacaqlarını gözləmirdilər. Ermənistan tək Azərbaycan üçün deyil, bölgə və dünyada sülh üçün bir təhdiddir. Bütün bunlara görə Türkiyə Azərbaycanın yanındayıq”.

Apa

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Prezident İlham Əliyev: Cəbrayıl rayonunun 13 kəndi azad edilib

Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir....

Bağla