TBMM SƏDRİ: “TÜRKİYƏ HƏR ZAMAN AZƏRBAYCANIN YANINDA OLACAQ”

0

“Biz hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyik. Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”.

“Report”un xəbərinə görə, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ADA Universitetində keçirilən VII Beynəlxalq Sosial Elmlər Konqresində çıxışı zamanı deyib.

“Hesab edirəm ki, bu tədbir çərçivəsində təxminən 30 davam edən işğal, verilən şəhidlər, ürək parçalayan Xocalı qətliamına alimlər tərəfindən diqqət çəkiləcək. Azərbaycan xalqı Qarabağ yaralarını yeni-yeni sarımağa başlayıb. Tarixçilərə, ədəbiyyatçılara, psixoloqlara, bu işğalın vurduğu ziyanı bizə anladacaq iqtisadçılara ehtiyacımız var”, – o qeyd edib

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BMT Türkiyənin beynəlxalq adının dəyişdirilməsi ilə bağlı müraciəti qəbul edib

BMT Türkiyə hökumətinin ölkə adının xarici dillərdə yazılışının dəyişdirilməsi ilə bağlı rəsmi müraciətini qəbul edib. Bu barədə "Anadolu" agentliyi məlumat...

Bağla