TDT-nin Şuşada keçiriləcək qeyri-rəsmi sammitinin vaxtı açıqlanıb

0

Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçiriləcək qeyri-rəsmi sammitinin dəqiq tarixi açıqlanıb.

Bu barədə TDT-nin mətbuat xidməti xəbər verir.

Məlumata görə, iyulun 5-6-da Şuşada Türk Dövlətləri Təşkilatının liderlərinin iştirakı ilə sammit keçiriləcək.

Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunacaq sammitdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan liderləri iştirak edəcəklər. Tədbirdə müşahidəçi ölkələrin liderlərinin və TDT-nin Baş katibinin də iştirakı gözlənilir.

“Nəqliyyat bağlantısı və iqlim fəaliyyəti vasitəsilə davamlı gələcəyin qurulması” mövzusunda keçiriləcək sammit təşkilatın əsas məsələləri və gündəliyi üzrə yüksək səviyyəli müzakirələr üçün platforma rolunu oynayacaq.

Sammitdən sonra Qarabağ Bəyannaməsinin, eləcə də bir sıra digər mühüm sənədlərin imzalanması gözlənilir.

Şuşada keçiriləcək sammitdən əvvəl TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ZƏVVARLARIN HƏCC ZİYARƏTİ BAŞA ÇATIB, SONUNCU QRUP VƏTƏNƏ QAYIDIR

Azərbaycanlı zəvvarların Həcc ziyarəti başa çatıb, sonuncu qrup Vətənə qayıdır. Bu barədə "Report"un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)...

Bağla