TDT ÖLKƏLƏRİ KOSMOSDA ƏMƏKDAŞLIQ EDƏCƏKLƏR

0

“Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iqtisadi inteqrasiya, təhlükəsizlik və kosmosda əməkdaşlıq məsələləri müzakirə olunacaq”.

“Report”un Bişkekə ezam olunmuş müxbirinin məlumatına görə, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuralıyev bildirib.

O qeyd edib ki, görüşün yekunu olaraq 15 sənədin imzalanması planlaşdırılır:

“Bugünkü sammitdə əsas müzakirə mövzuları təşkilatın ölkələri arasında əməkdaşlığın gücləndirilməsi, iqtisadi inteqrasiya, təşkilatın gələcəyi və TDT çərçivəsində təhlükəsizlik olacaq. Sammitin yekunları üzrə kosmosda əməkdaşlıq daxil olmaqla 15 sənədin imzalanması planlaşdırılır”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Allahşükür Paşazadə Dini liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurasının yaradılmasını təklif edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə BMT-nin COP çərçivəsi nəzdində Dini liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurasının yaradılmasını təklif edib....

Bağla