“TDT sammiti Azərbaycanda yeni təşəbbüslərin başlanması üçün platforma olacaq”

0

2025-ci il üçün planlaşdırılan TDT-nin iki əsas tədbiri – Macarıstanda dövlət başçılarının qeyri-rəsmi sammiti və Azərbaycanda 12-ci rəsmi sammitdir.

Bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev “Kazinform” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, qeyd olunan sammitlər təşkilatın gələcək inkişafını müəyyən edən əsas qərarların müzakirəsi və yeni təşəbbüslərin başlanması üçün mühüm platformalar olacaq.

“TDT genişləndirilmiş əməkdaşlıq və strateji artım mərhələsinə qədəm qoyur. 2025-ci ilin türk dövlətləri arasında əhəmiyyətli tərəqqi və daha dərin inteqrasiya ili olacağını vəd edir”, – K.Ömüraliyev vurğulayıb.

Baş katib bildirib ki, ümumilikdə TDT 2025-ci il üçün strateji əməkdaşlığa fokuslanaraq iddialı gündəliyin həyata keçirilməsini davam etdirmək niyyətindədir.

“Biz iqtisadiyyat, nəqliyyat, təhsil və turizm kimi sahələrdə əhəmiyyətli irəliləyişə nail olduq. Lakin həmişə daha da inkişaf üçün potensial var. Xüsusilə, Şuşa və Bişkek sammitlərində qəbul edilmiş qərarların həyata keçirilməsi üzərində işimizi davam etdirəcəyik. Prioritetlərdən biri investisiya və xidmətlər sahəsində Azad Ticarət Sazişi üzrə danışıqların davam etdirilməsi olacaq. Bu, iqtisadi qarşılıqlı fəaliyyətdə maneələri aradan qaldırmağa və daha inteqrasiya olunmuş ticarət məkanı yaratmağa kömək edəcək mühüm addımdır”, – o əlavə edib.

K.Ömüraliyev bildirib ki, TDT həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Afrika İttifaqı, ASEAN və digər beynəlxalq təşkilatlar və regional strukturlarla əməkdaşlığı genişləndirməyə davam edəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU GÜN GÜCLÜ KÜLƏK METEOHƏSSAS İNSANLARDA NARAHATLIQ YARADA BİLƏR

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Fevralın 17-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki,...

Bağla