TDT Türkiyədəki prezident və parlament seçkiləri ilə bağlı rəyini açıqlayıb

0

Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçi heyəti Türkiyədəki prezident və parlament seçkilərinin gedişini izləyib və rəyini açıqlayıb.

Rəydə səsvermə günü xalqın azad iradəsindən istifadə etməsi üçün bütün zəruri şərait yaradıldığı qeyd olunub.

Bildirilib ki, seçkilərin tərəfsiz müşahidəsi üçün beynəlxalq şərtlər tətbiq olunub: “Müşahidəçilər səsvermə prosesi ilə bağlı hansısa mənfi hal aşkarlamayıb. Seçki məntəqələrində səs verə bilməyənlər üçün səyyar seçki məntəqələrindən istifadə olunub. Xüsusilə yaşlı nəslin seçkilərdəki fəallığı kifayət qədər idi. Seçki məntəqələri seçki qanununa uyğun hazırlanmışdı. Nəticə etibarilə seçkilər açıq və şəffaf şəkildə keçirilib. Missiya Türkiyə Cümhuriyyətini və qardaş türk xalqını uğurlu seçkilərə görə təbrik edir. Seçkilərin nəticələrinin ölkənin inkişafına töhfə verəcəyinə inanırıq”.

Resim

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyədə seçkilər: səslərin 99,4 faizi hesablanıb, Ərdoğan 49,40 faiz səs qazanıb

Türkiyə Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı yeni rəqəmləri açıqlayıb. Komissiya sədri Ahmet Yener deyib ki, ölkə daxilindəki seçki...

Bağla