Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin səfirləri Ankarada Zirvə Görüşünə hazırlıq məsələlərini müzakirə ediblər.
Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tviter hesabında yazıb.
Səfir bildirib ki, həmkarları ilə Özbəkistanın Türkiyədəki səfirliyində bir araya gəliblər.
Qeyd edək ki, Zirvə Görüşü martın 16-sı Ankarada keçiriləcək.
Report