TİBB DÜNYASI QAYLULƏNİN MÜSBƏT TƏSİRLƏRİNİ SÜBUTA YETİRDİ

0

Çində əsəb və ruh xəstəlikləri mərkəzinin mütəxəssisləri günorta yuxusunun zehin üzərindəki təsirləri barədə tədqiqat keçirib.

Bu tədqiqat çərçivəsində Pekin, Şanxay və Şian şəhərlərindən olan 2 200 nəfər müşahidə altına alınıb.

Araşdırmanın şərtlərinə görə 1 520 respodent günorta vaxtı 2 saatdan az yatıb, 680 nəfər isə oyaq qalıb.

Bundan sonra respodentlərin görmə və tanıma qabiliyyətləri, qısa müddətli yaddaş, məsələ həlli və şifahi axıcılıq kimi zehni bacarıqlarını ölçən test edilib.

Tədqiqat heyətinin rəhbəri Dr. Lin Sun bildirib ki, yatanların yaddaş və şifahi axıcılıq qabiliyytlərində, yatmayanlara nisbətən ciddi fərq müşahidə edilib.

Nyu-York “Lenox Hill” xəstəxanasından nevroloq Dr. Qayatri Devi, sağlam yuxu vərdişinin demans xəstəliyindən qoruduğunu bildirərək bu mövzuda daha çox tədqiqat apaılmasını məsləhət görüb.

Mütəxəssislər həmçinin qeyd ediblər ki, günorta yuxusunun müddəti və intensivliyi zehni qabiliyyətlər baxımından çox əhəmiyyətlidir.

İslam peyğəmbəri Həzrəti Muhammədin (ﷺ) zöhr namazını qıldıqdan sonra bir müddət yatması (qaylulə etməsi) barədə kifayət qədər rəvayət var.

Həzrəti Peyğəmbər (ﷺ) zöhr namazını qıldıqdan sonra bir müddət yatır, qaylulə edirdi və qaylulənin gözəl vərdiş olduğunu deyirdi. (Deyləmi, IV, 266)

Hz. Peyğəmbərimiz (ﷺ) vaxtaşırı süd xalası Ümmü Haram və Ümmü Süleym kimi yaxınlarının evində qaylulə etmişdir. (İbn Həcər, Fəthul-bari XI, 72)

Sevimli Peyğəmbərimiz (ﷺ), gecənin bir hissəsini ibadətə həsr edənlərə gündüz qaylulə edərək gecəyə daha hazır oyanmalarını tövsiyyə etmişdir. (İbn Macə, Siyam, 22)

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HƏR KƏSDƏN ÜSTÜN EDƏN ƏMƏL

Əbu Hürəyrə (r.a) belə nəql edir: Məkkədən, Mədinəyə hicrət edən fəqir müsəlmanlar Peyğambər (s.əs) yanına gələrək: "İmkanlı müsəlmanlar Cənnətin yüksək...

Bağla