TIR CÜMƏ NAMAZI QILANLARIN ARASINA GİRDİ – 14 NƏFƏR ÖLDÜ

0

Nigeriyanın Kano əyalətində yük maşınının cümə namazı qılan insanların arasına girməsi nəticəsində ilkin məlumata görə, 14 nəfər həyatını itirib.

Nigeriya Milli Yol Təhlükəsizliyi Kano İctimaiyyətlə Əlaqələr əməkdaşı Abdullahi Labaran verdiyi yazılı açıqlamada, əyalətin Kaduna-Kano şossesində Kura bölgəsində idarəetmədən çıxan yük maşınının cümə namazı üçün toplanan izdihamın üzərinə sürdüyünü bildirib.

Labaran qeyd edib ki, ilkin məlumatlara görə, qəza nəticəsində 14 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Yaralıların ətraf xəstəxanalara aparıldığını bildirən Labaran, ölənlərin sayının artacağından narahat olduğunu dilə gətirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏZİ DAĞLIQ VƏ DAĞƏTƏYİ RAYONLARDA LEYSAN YAĞIB

İyunun 28-i günün ikinci yarısından bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Milli Hidrometeorologiya Xidmətindən...

Bağla