Allah-Təala Qurani-Kərimdə belə buyurur:
“Ancaq tövbə edib özlərini islah edənlər və (haqqı) bəyan edənlər bundan istisnadır. Çünki onların tövbələrini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, mərhəmətliyəm!” (Bəqərə 160)
“Pis əməllər etdikdən sonra tövbə edib iman gətirənlərə gəldikdə, şübhəsiz ki, Rəbbin ondan (o tövbədən) sonra bağışlayandır, rəhmlidir” (Əraf, 153).
Rəsulallah (s.ə.s) belə buyurur:
“Günahdan peşman olmaq tövbədir!” (İbn Hənbəl I, 423)
“Günaha tövbə etmək, günahı tərk edərək bir daha ona dönməməkdir!” (İbn Hanbəl I, 446).
“Günaha tövbə edən kəs, günahsız insan kimidir!” (İbn Macə, Zühd 30)
“Biriniz itirdiyiniz heyvanınızı tapdığınız zaman nə qədər sevinirsinizsə, Allah da qulunun etdiyi tövbəyə o qədər sevinir!” (Müslim, Tövbə 2)