TRAMPA RƏĞMƏN ABŞ-DA MÜSƏLMAN ƏHALİ ÇOXALIR

0

ABŞ prezidenti Donald Trampın miqrasiya siyasətinə baxmayaraq bu ölkədə müsəlman əhalinin sayı indikinin 2 qatına çatacaq.

Bu barədə Amerika mərkəzli PEW araşdırma şirkəti məlumat yayıb. ABŞ-da müsəlmanların sayı barədə rəsmi statistika olmadığını bildirən PEW, öz araşdırmalarına görə, bu rəqəmin 3.5 milyon olduğunu, bunun isə ABŞ əhalisinin 1.1%-nə təqabül etdiyini qeyd edib.  Hazırda ABŞ-da yaşayan müsəlman sayı ümumi yəhudi sayından da azdır. Amma müsəlman əhali arasında artım yəhudilərdən daha sürətli olduğu üçün PEW hesab edir ki, 2040-cı ildə müsəlman sayı yəhudi sayını ötərək xristianlardan sonra ABŞ-ın 2-ci böyük dini icmasına çevriləcək. 2050-ci ildə isə müsəlmanların sayı indikinin 2 qatına çataraq ABŞ əhalisinin 2.1%-ni təşkil edəcək. Bu zaman müsəlmanların sayının 8.2 milyon olacağı proqnozlaşdırılır. 

Xəbər: Şirəli Məmmədov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SONUMUZ SONSUZLUQMU?

Bilindiyi kimi hal-hazırda yaz fəslindəyik. Soyuq, şaxtalı və qarlı günlərin ardından yenidən isti yaz havasını tənəffüs etməkdəyik. Çox deyil, üç...

Bağla