TSK İDLİBDƏ BƏŞƏR ƏSƏD ORDUSUNUN KOMANDİRİNİ VURDU

0

Türkiyə Silahlı Qüvvətlərinin (TSK) Suriyanın İdlib şəhərində başlatdığı “Bahar qalxanı hərəkatı” adlı hərbi əməliyyatlar sürətlə davam edir. Bu barədə məlumat yayan Türkiyə Milli Müdafiə Nazirliyi Əsəd qüvvələrinin son 24 saatdakı itkilərini açıqlayıb.

Məlumatda bildirilir ki, “Bahar qalxanı hərəkatı” gecə boyu qurudan və havadan uğurla davam edib, son 24 saatda 4 tank, 5 top, 3 tank əleyhinə qurğu, 8 hərbi minik vasitəsi, 2 pulemyotlu pikap, 2 zirehli avtomobil məhv edilib, 184 nəfər rejim əsgəri isə zərərsizləşdirilib.

Əməliyyatlar vaxtı həmçinin, Əsəd rejiminə sadiq qüvvələrin komandirlərindən olan Süheyl əl-Həsənin Silahlı Pilotsuz Uçan Aparatla (SİHA) bombardımana məruz qalaraq ağır yaralandığı və hazırda reanimasiyada olduğu qeyd edilib.

Xatırladaq ki, Suriyada Əsəd qüvvələrinin havadan hücumu nəticəsində çox sayda TSK əsgərinin şəhid olmasından sonra milli müdafiə naziri Hülusi Akarın təlimatı ilə bölgədə “Bahar qalxanı hərəkatı” adlı hərbi əməliyyat başlayıb. Əməliyyatın başladığı 27 fevraldan bu günə qədər Əsəd rejiminin 2 212 canlı qüvvəsi məhv edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÜMRƏ ZİYARƏTİNDƏ NÖVBƏTİ QADAĞA

Səudiyyə Ərəbistanı Kallığı koronavirus təhlükəsinə qarşı yeni bir əmrlə öz vətəndaşlarına və bu ölkədə yaşayan insanlara da ümrə ziyarətini müvəqqəti...

Bağla