Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpa olunması ilə bağlı tədbirlər həyata keçirilir.
Bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında deyib.
O bildirib ki, tədbirlər Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) arasında imzalanmış niyyət məktubuna uyğun olaraq, TİKA-nın dəstəyi ilə həyata keçirilir:
“Artıq bütün layihə sənədlərinin hazırlanması və razılaşdırılması başa çatıb. Qısa müddətə bərpa-konservasiya işlərinə başlanılması planlaşdırılır”.
Report