Suriyanın Afrin bölgəsində PYD/PKK və İŞİD terrorçularına qarşı əməliyyatlara başlayan Türkiyə Silahlı Qüvvələrinin (TSK) hərbçiləri növbəti yüksəkliyi ələ keçirib.
Yerli mətbuatın verdiyi məlumata görə, Raco dağındakı ən hündür təpəni ələ keçirən hərbçilər buraya Türkiyənin dövlət bayrağını sancıblar və azan oxuyublar. Bu hadisəni əks etdirən video-görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb.
Xatırladaq ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində “Zeytun Budağı” adlı hərbi əməliyyatlara başlayıb. Əməliyyatın məqsədi bütün terror qruplaşmalarını Türkiyə sərhəddindən uzaqlaşdırmaq və zərərsizləşdirməkdir.
Xəbər: Şirəli MƏMMƏDOV