“TÜRK DÖVLƏTLƏRİ ARASINDA MÜŞTƏRƏK HƏRBİ SAZİŞ İMZALANMALIDIR”

0

Türk dövlətləri arasında müştərək hərbi saziş imzalanmalıdır.

Bunu Şimali Kipr Türk Cümhuriyyəti ( ŞKTC) parlamentinin sədri Zorlu Töre deyib.

O bildirib ki, bu təşəbbüsün gerçəkləşməsinə ciddi ehtiyac var: “Azərbaycan ordusu Qarabağda düşməni diz çökdürdü. Birləşsək, kimsə qarşımızda dayana bilməz”.

Z.Törenin fikrincə, Kipr yunanları ilə türklərin bir federasiya daxilində birləşmələri mümkün deyil:

“Necə ki bu, Türkiyə və Yunanıstan, Azərbaycan və Ermənistan, Rusiya və Ukrayna üçün də mümkün deyil. Biz iki fərqli dövlət olaraq öz gələcəyimizi qurmağa məcburuq”.

Parlament sədrinin sözlərinə görə, yaxın vaxtlarda daha iki ölkə Şimali Kiprin müstəqilliyini tanıyacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
2023-cü ilin oktyabrından bəri ölən fələstinlilərin sayı 39 minə yaxınlaşıb

2023-cü ilin oktyabr ayının əvvəlindən İsrail hərbi qüvvələrinin əməliyyatları nəticəsində 39 minə yaxın fələstinli ölüb, 90 minə yaxın insan isə...

Bağla