Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndələr yaradılacaq.
Bu barədə Bişkekdə keçirilən TDT Xarici İşlər Nazirləri Şurasında qərar imzalanıb.
Bildirilib ki, iclasda quruma üzv ölkələrin xarici işlər nazirləri iki sənəd – “Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndələr haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Qərar” və “Türk dünyasının birliyinə töhfəyə görə Əlişir Nəvai Beynəlxalq Mükafatının Türk Dövlətləri Təşkilatına verilməsi haqqında Qərar” imzalayıblar.