“Türk dünyasının mədəni irsinin qorunması üçün yol xəritəsi hazırlanmalıdır”

0

Türk dünyasının mədəni irsinin qorunması üçün “yol xəritəsi” hazırlanmalıdır.

Bunu Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri, professor Dərya Örs Bakıda “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, böyük türk dünyasının mədəni irsinin qorunması hər kəsin öncəliyi olmalıdır: “Bu sahədə türk dövlətlərinin əməkdaşlığının genişlənməsi sevindiricidir. Türk dünyasının mirasının araşdırılması və gələcək nəsillərə ötürülməsi, heç şübhəsiz, əsas istiqamətlərdən olmalıdır. Türk mədəniyyətinin dünyada tanıdılması istiqamətində fəaliyyətlər türk dünyası çərçivəsində həyata keçiriləcək layihələrə dəstək üçün stimul olacaq. Biz birlikdə işləmək üçün “yol xəritəsi” hazırlamalıyıq”.

Qeyd edək ki, tədbir UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyənin UNESCO üzrə Milli Komissiyası, eləcə də ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENT İLHAM ƏLİYEV BİNƏLİ YILDIRIMI QƏBUL EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib. Binəli Yıldırım Nizami...

Bağla