TÜRKİYƏ 2023-CÜ İLDƏ AYA KOSMİK RAKET GÖNDƏRƏCƏK

0

Türkiyə 2023-cü ilin sonunda kosmosa raket buraxmağı planlaşdırır. Bu barədə Milli kosmik proqramın nümayiş olunması mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. O, qeyd edib ki, həmin ilin sonlarında kosmik raket Aya enəcək.

Ərdoğanın sözlərinə görə, Aya enmə respublikanın 100 illiyində həyata keçirilməlidir, hansı ki, 2023-cü ilin sonunda qeyd ediləcək. “İnanıram ki, Türkiyə mühəndisləri missiyanı yerinə yetirəcəklər”, – dövlət başçısı deyib.

Bundan əlavə, prezident bildirib ki, Ankara ölkənin kosmosa giriş əldə etməsi üçün beynəlxalq kosmodrom yaratmaq niyyətindədir.

“Türkiyə əsrlər boyu dünyada ədalətin, əxlaqın və barışın ilki olmuş mədəniyyətinin qapısını kosmik səyahətə açır”, – dövlət başçısı deyib.

Ərdoğan həmçinin vurğulayıb ki, Türkiyə Milli kosmik proqram çərçivəsində kosmosa öz vətəndaşını göndərməyi planlaşdırır.

Dövlət rəhbəri ölkəni qlobal kosmik yarışının ən yüksək liqasına aparacaq Milli kosmik proqram yol xəritəsinin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Prezidentin sözlərinə görə, Türkiyənin Yerdən məsafəli ilk zondlama peyki olan “İmece” inteqrasiya prosesi başa çatıb və sınaqları davam edir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İNSANIN MÜKƏMMƏL YARADILIŞI

Ən ali varlıq olaraq insanın yaradılışı çox mürəkkəbdir. İnsanın yaradılışındakı 4 qatı bəzi məcazlarla təsvir etmək istəyirəm. Hər birisində özünəməxsus...

Bağla