Türkiyə APA-nın Qadın parlamentariləri komitəsinin yaradılması ideyasını dəstəkləyib

0

Türkiyə Asiya Parlament Assambleyasının (APA) Qadın parlamentariləri komitəsinin yaradılması ideyasını dəstəkləyir.

Bu barədə Türkiyə parlamentinin üzvü Vecdi Gündoğdu qurumun fevralın 19-da Bakıda keçirilən 15-ci plenar sessiyası çərcivəsində təşkil olanan Sosial və mədəni məslələr daimi komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, bununla da parlamentarilər arasında əməkdaşlıq daha da güclənə bilər:

“XXI əsrdə mədəniyyət diplomatiyasının rolu artır. Qloballaşma çoxsaylı çağırışlar ortaya çıxarır. Bəzi ölkələr istehlakçı kimi çıxış edir. Sosial şəbəkələr interaktiv münasibətləri yeni bir məcraya çıxarıb. Mən bu fonda mədəni diversifikasiyanın vacibliyini vurğulamaq istərdim. Bu gün üzərimizə birgəyaşayışın təminatı üçün mühüm vəzifələr düşür”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DAĞLIQ RAYONLARDA 13 DƏRƏCƏYƏDƏK ŞAXTA OLUB

Qax rayonuna 12 sm qar yağıb, dağlıq rayonlarda 13 dərəcəyədək şaxta olub. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib...

Bağla