“TÜRKİYƏ-AZƏRBAYCAN HƏRBİ ƏMƏKDAŞLIĞININ İNKİŞAFI VACİBDİR”

0

“Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın inkişafı vacibdir”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Anadolu Qartalı – 2023” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə deyib.

Nazir çıxışında birgə təlimlərin keçirilməsini yüksək qiymətləndirdiyini qeyd edib.

Hərbi əməkdaşlığın inkişafının vacibliyini bildirən H.Akar bu təlimlərin hərbçilərin təcrübə qazanması üçün çox vacib olduğunu, hərbi əməkdaşlığın xalqlarımız və ölkələrimizin təhlükəsizliyinə və bölgədəki sabitliyə yönəldiyini xüsusi vurğulayıb.

Hər iki nazir təlim iştirakçıları tərəfindən yüksək peşəkarlıq və bacarıq nümayiş etdirildiyini, həmçinin qarşıya qoyulmuş tapşırıqların müvəffəqiyyətlə yerinə yetirildiyini yüksək qiymətləndirərək iştirakçılara hərbi xidmətlərində daha böyük uğurlar arzulayıblar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN VƏ TÜRKİYƏ BİRGƏ İSTEHSAL MÜƏSSİSƏLƏRİ YARADACAQ

“Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli əlaqələrin bariz nümunəsidir”. “Anadolu” xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir...

Bağla