“TÜRKİYƏ-AZƏRBAYCAN QARDAŞLIĞI VƏ DOSTLUĞU BÜTÜN DÜNYAYA ÖRNƏKDİR”

0

“1915-ci ildə Çanaqqalada çiyin-çiyinə necə savaşıblarsa, Nuru paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun igidləri də eyni duyğu ilə döyüşüblər”.

“Report” xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık Bakıdakı Türk Şəhidliyində xatirə dəftərində qeyd edib.

“Azərbaycanda şəhid olan əsgərlərimiz Türkiyə və Azərbaycan arasındakı güclü qardaşlıq əlaqələrinin heç vaxt sarsılmayacağının sübutudur. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu bütün dünyaya örnəkdir. Türkiyə həmişə qardaş Azərbaycanın yanında olacaq və hər mövzuda tərəddüdsüz dəstəyini göstərməyə davam edəcək”, – o bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANLI ZƏVVARLARIN İLK QRUPU HƏCC ZİYARƏTİNDƏN GƏLİB

Bu gün Həcc ziyarətindən gələn azərbaycanlı zəvvarların ilk qrupu Vətənə çatıblar. İlk reys Mədinə Beynəlxalq Hava Limanından yola düşüb və...

Bağla