TÜRKİYƏ-AZƏRBAYCAN UNİVERSİTETİNİN QURULUŞ PROSESİ MÜZAKİRƏ OLUNUB

0

Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın Azərbaycana səfəri çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevlə Türkiyə-Azərbaycan Universitetinin quruluş prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi sosial şəbəkədə bildirib.

“Azərbaycanda rəsmi səfərdə olan hörmətli YÖK sədrimiz prof. dr. Erol Özvar Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev ilə görüşərək Türkiyə-Azərbaycan Universitetinin yaradılması prosesi və təhsil sahəsində əməkdaşlıqla bağlı digər məsələləri müzakirə edib.

Cənab Özvar səfəri çərçivəsində Türkiyə və Azərbaycan Şəhidlikləri və Fəxri Xiyabanı da ziyarət edib, abidələri üzərinə əklillər, şəhidlərin məzarları üzərinə qərənfillər qoyub”, – paylaşımda qeyd olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Hikmət Hacıyev Türkiyənin XİN başçısının müavini ilə regional məsələləri müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem...

Bağla