“Türkiyənin səhiyyə sahəsində təcrübəsini Azərbaycanın səhiyyə sisteminə inteqrasiya etmək niyyətindəyik”.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF), tədbirin prezidenti Erol Yarar deyib.
“Azərbaycan səhiyyəsinə investisiya yatırmaqla onu dünyanın ən inkişaf etmiş səhiyyələrindən biri kimi təqdim edə bilərik”, – o qeyd edib.