Çində meydana çıxan, minlərlə insanı təsiri altına alan və yüzlərlə insanın ölümünə səbəb olan korona virusu sürətlə yayılmağa davam edir. Bu epidemiyanın qarşısını almaq üçün tibbi maskalardan istifadə etmək çox əhəmiyyətlidir. Məlumata görə, Çində istehsalçılar səfərbər olsalar da hazırda ölkədə maska çatışmazlığı yaşanmaqdadır.
Maska istehsalı kifayətsiz olan Çin dünyadan kömək axtarışlarına başlamış və bu işdə Çinin yardımına Türkiyə çatmışdır. Tibbi maska istehsal edən şirkətlərin verdiyi açıqlamaya görə, çinli satıcılar Türkiyəyə 2 milyondan çox tibbi maska sifarişi veriblər. Artıq bu tələbi qarşılamaq üçün türkiyəli istehsalçılar fasiləsiz fəaliyət göstərirlər.
Xatırladaq ki, Çinin Vuhan şəhərində minlərlə insanı təsiri altına alan korona virusu epidemiyası yayılmağa başlayıb. Çinin Səhiyyə Komissiyasının verdiyi məlumata görə, Tibet muxtar bölgəsinin xaricində bütün ölkəyə yayılan epidemiya nəticəsində 132 nəfər ölüb, 1 239 nəfəri ağır olmaqla 5 974 nəfər xəstəxanalara yerləşdirilib. İndiyə qədər 103 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.