Türkyənin hakim Ədalətvə İnkişaf Partiyasının (AKP) məruzəçisi Ömər Çelik gündəmə aid bəzi haisələri şərh edib.
Xüsusilə son günlər Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə atəşkəşkəsi pozmasından danışan Çelik, bu ölkəyə sərt sözlərlə xəbərdarlıq edib.
“Buradan növbəti dəfə Ermənistana xəbərdarlıq edirəm. Baş verənlər, Türkiyə tərəfindən əsla qəbul edilməsi mümkün olmayan hadisələrdir. Ermənistan bilməlidir ki, odla oynayır. Bölgədə qalmaqal yaratmaq səylərinin mərkəzində Ermənistan vardır. Türkiyə Azərbaycanın yanındadır.” – deyə Ömər Çelik vurğulayıb.