“Türkiyə Ermənistanın soyqırım iddialarını cavabsız qoya bilməzdi”.
“Sabah” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.
Onun sözlərinə görə, Ermənistanla hava məkanının bağlanmasına səbəb bu dövlətin soyqırım iddialarıdır.
Qeyd edək ki, bir neçə gün əvvəl, aprelin 29-da Türkiyə hökuməti “Flyone Armenia” şirkətinə Avropaya uçuşlar üçün hava məkanını bağlamışdı.