TÜRKİYƏ HÖKUMƏTİNDƏ 3 YENİ NAZİR TƏYİN EDİLİB

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 3 yeni nazir təyin edib.

Məlumata görə, bu barədə Türkiyə Prezident Administrasiyasının nəşri olan “Rəsmi gazete”də bildirilib.

R.T.Ərdoğanın qərarı ilə Ailə Çalışma və Sosial Xidmətlər Nazirliyi ləğv edilərək, bunun yerinə iki nazirliyin – Ailə və Sosial Xidmətlər Nazirliyi,  Çalışma və Sosial Təhlükəsizlik Nazirliyini təsis edilib.

Ailə Çalışma və Sosial Xidmətlər Nazirliyinin naziri Zümrüt Səlcuk da vəzifəsindən çıxarılaraq, Ailə və Sosial Xidmətlər Nazirliyinə Derya Yanık,  Çalışma və Sosial Təhlükəsizlik Nazirliyinə isə Vedat Bilgin təyin edilib.

Bundan başqa, ticarət naziri Rühsar Pekcan da vəzifəsindən çıxarılıb, yeni ticarət naziri isə Mehmet Muş gətirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ABADİLİ ƏRBƏA KİMLƏRDİR?

Rasulullahın (ﷺ) səhabələri arasında bəzi rəvayətlərə görə 200, bəzi rəvayətləri görə isə 300-ə yaxın Abdullah adlı şəxs olub. Abdullah ibni...

Bağla