TÜRKİYƏ İNDİYƏDƏK 17 750 TERRORÇU ZƏRƏRSİZLƏŞDİRİB, 1259 ŞƏHİD VERİB

0

“Türkiyə 2015-ci ilin iyulundan bu günə qədər 17 750 terrorçunu zərərsizləşdirib”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti üzvləri ilə keçirdiyi toplantıdan sonrakı açıqlamasında bildirib.

R.T.Ərdoğan deyib ki, bu mübarizədə 12 900 terrorçu məhv edilib, 1300-ü yaralanıb, 1300-ü sağ olaraq ələ keçirilib, 243-2 isə təslim olub.

Türkiyə prezidenti deyib ki,  indiyədək ölkəsinin daxilində və xaricində  terrorçulara qarşı aparılan mübarizə əməliyyatlarında ümumilikdə 1259 nəfər şəhid olub: “Onlardan 401-i hərbici, 403-ü jandarma, 116-sı təhlükəsizlik mütəxəssisidir. Bu mərhələdə 770 vətəndaşımız həyatını itirib, 5 mindən çox insanımız yaralanıb. Buradan rəqəm olaraq səsləndirdiyimiz hər bir şəhidimizin, qazimizin, hətta terrorçuların belə canlı insan olduğunu, onların həyatından söhbət getdiyini əsla unutmuruq. Bizim əlimiz heç bir günahsızın qanına batmayıb. Mədəniyyətimizin təməlində insanı yaşat ki, dövlət yaşasın anlayışı var. Terrorla mübarizə məsələsi gündəlik polemikalardan yüksəkdə durması lazım və  vacib olan milli məsələdir”.

Apa

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏSCİDİ-ƏQSAYA QAR YAĞDI – FOTO

Ötən gün günortadan sonra yağmağa başlayan qar, axşam saatlarında Şərqi Qüdsü bəyaz rəngə bürüdü. Qüdslülər, əsasən az yaşlılar mövsümün ilk...

Bağla