TÜRKİYƏ İRAQIN ŞİMALINDA TERRORÇULARA MƏXSUS 58 HƏDƏFİ BOMBALAYIB

0

Türkiyənin Milli Müdafiə Nazirliyi 1-2-3 oktyabr tarixlərində İraqın şimalındakı Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində hava əməliyyatı keçirildiyini açıqlayıb.

Əməliyyatlar nəticəsində ümumilikdə 58 terrorçu hədəfi məhv edilib.

Qeyd edilib ki, vurulan hədəflər PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD terror təşkilatlarına məxsusdur.

“Bu çərçivədə terrorçuların istifadə etdiyi mağaralar, bunkerlər, sığınacaqlar və anbarlardan ibarət 58 hədəf uğurla məhv edilib”, – deyə nazirlikdən bildirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
 “Azərbaycanla Ermənistan arasında daimi sülhün təmini istiqamətində səyləri dəstəkləyirik”

“Azərbaycan və Ermənistan arasında daimi sülhün təmin olunması ilə bağlı səyləri dəstəkləyirik”. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü admiral...

Bağla