Türkiyə kəşfiyyatı PKK/YPG-PYD-nin rəhbərlərindən birini zərərsizləşdirib

0

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (Milli İstihbarat Təşkilatı) Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/YPG-PYD qruplaşmasının bölgə başçısı Eymen Coli zərərsizləşdirilib.

“TRTHaber” xəbər verir ki, məlumatı MİT yayıb.

Bildirilib ki, əməliyyat Suriyanın Kamışlı bölgəsində keçirilib. Eymen Coli Türkiyə- Suriya sərhədində güc strukturlarına qarşı hücumları təşkil edənlərdən olduğu müəyyənləşib. Məlumata görə, o, Türkiyə təhlükəsizlik qüvvələrinin hədəf siyahısında olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə Qəzzadakı böhranın nizamlanması üçün region ölkələri ilə sıx əlaqə saxlayır

Türkiyə Qəzzadakı böhranın nizamlanması üçün Fars körfəzi də daxil olmaqla region ölkələri ilə sıx əlaqə saxlayır. Bunu Türkiyə prezidentinin xarici...

Bağla