Türkiyə Milli Kəşfiyyat İdarəsi (Milli İstihbarat Təşkilatı – MİT) Suriyanın Kamışlı bölgəsində yeni əməliyyat keçirib.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Əməliyyat nəticəsində PKK/YPG terror qruplaşmasının rəhbərlərindən olan Liman Suvyeş öldürülüb.
Məlumata görə, o, qruplaşma daxilində təşkilatı işlərlə məşğul olub.
Bildirilib ki, Türkiyə kəşfiyyatı uzun müddətdir L.Suvyeşi izləyirmiş.
Report