Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Hatay şəhər Polis İdarəsi 2013-cü ildə Hatayın Reyhanlı rayonunda 53 nəfərin həyatını itirdiyi terror aktını törədən terrorçulardan birini Suriyada birgə əməliyyatla yaxalayıb.
Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, MİT terror hücumunu planlaşdıranlar arasında olan və hücumda istifadə edilən bombaları təmin edən Məhəmməd Dib Koralının gizləndiyi yeri müəyyən edib.
MİT-in Suriyada keçirdiyi əməliyyat nəticəsində yaxalanan Koralı Hatay İl Polis İdarəsinə təhvil verilib.
MİT 2018-ci ildə Suriyada həyata keçirdiyi əməliyyatla terror aktının icraçıları və planlaşdırıcıları arasında olan Yusuf Naziki də Türkiyəyə gətirib.