TÜRKİYƏ MƏSCİDLƏRİNDƏ İBADƏT DAYANDIRILDI

0

Koronavirusla (covid-19) mübarizə tədbirləri çərçivəsində Türkiyənin məscidlərində camaatla namaz və cümə namazının qılınması dayandırılmışdır. İslamveihsan.com xəbər verir ki, bu barədə Türkiyənin dini komitəsi Diyanətin sədri professor Əli Ərbaş bəyanat yayıb.

“Din İşləri Ali Şurası, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal epidemiya kimi elan edilən, hələlik müalicəsi tapılmayan və bu səbəblə də minlərlə insanın ölümünə səbəb olan  koronovirus təhlükəsinə qarşı cümə namazının, habelə vaxt namazlarının camaatla qılınmasını dəyərləndirərək qərara almışdır.” – deyə Ərbaş bəyanatında bildirib.

Diyanət sədri bəyanatında; virusun sürətlə yoluxmasını, ilk yoluxanda özünü bildirmədiyini, bu səbəblə yoluxan şəxsin olduğu mühitdə təhlükə saçdığını, insanların çox olduğu yerlərin virusun yoluxması üçün əlverişli olduğunu nəzərə alaraq məscidlərdə cümə namazının və camaatla vaxt namazlarının qılınmasının dayandırıldığını qeyd edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KORONAVİRUSA QARŞI NAMAZ VƏ DƏSTƏMAZ

İordaniyanın Ramsa şəhər bələdiyyəsi koronavirusla (kovid-19) mübarizə çərçivəsində fərqli bir addım atıb. Bələdiyyənin xəbərdarlıq lövhələrində koronavirusla mübarizə yolları dəstəmaz və...

Bağla