Türkiyə və Azərbaycan arasında qardaşlığın təməli təhsillə daha da güclənə bilər.
“Report” xəbər verir ki, bunu Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədri Prof. Dr. Birol Akgün Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik kampusunun açılış mərasimində deyib.
O bildirib ki, Azərbaycan və Türkiyə qardaşlığı əbədidir:
“İkinci Qarabağ müharibəsi kimi sınaqlar bizi bir-birimizə daha da yaxınlaşdırır. Güclü Azərbaycan Türkiyə üçün, güclü Türkiyə isə Azərbaycan üçün əhəmiyyətlidir”.