Türkiyə Milli Təhlükəsizlik Şurası bu gün Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edəcək

0

Türkiyə Milli Təhlükəsizlik Şurasının mayın 28-də keçiriləcək toplantısında Azərbaycanla Ermənistan arasında sülh prosesi də müzakirə olunacaq.

Məlumata görə, toplantıda İraqın şimalında terror ünsürlərinin məhv edilməsi istiqamətində antiterror əməliyyatının davam etməsi, Suriyanın şimalında PKK/YPG terror qruplaşmasının qanunsuz seçkilərə hazırlıqlara qarşı görüləcək tədbirlər və onun bölgədə işğal etdiyi yerlərdə özünü legitimləşdirmə cəhdləri müzakirə olunacaq. Fələstin-İsrail müharibəsi, Fələstini tanıyan dövlətlərin sayının artmasına hazırlıq kimi məsələlərdən də bəhs ediləcək.

Şuranın iclasında digər regional və beynəlxalq məsələlər, xüsusilə də Rusiya-Ukrayna müharibəsi, İranda baş verənlər və Yunanıstanla münasibətlər də müzakirə olunacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Fuad Oktay: Azərbaycanın nailiyyətləri bütün türk xalqı üçün qürur və xoşbəxtlik mənbəyidir

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Cənab...

Bağla