Türkiyə Milli Təhlükəsizlik Şurası: “Ermənistanın atəşkəsə tam əməl etməsi vacibdir”

0

Ermənistanın ona uzadılan sülh əlini fürsət hesab etməsi, atəşkəs rejiminə tam əməl etməsi və əməkdaşlıq etməsi vacibdir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasının yekun açıqlamasında deyilir.

İclasda qeyd edilib: “Biz qonşularımız arasında mübahisələrin sülh yolu ilə, beynəlxalq hüquq normaları və ölkələrin ərazi bütövlüyünə hörmət çərçivəsində həllinin tərəfdarıyıq”.

Qeyd edək ki, 3 saatadək davam edən Milli Təhlükəsizlik Şurasının iclasında Cənubi Qafqazla yanaşı, Balkan ölkələri, Egey, Qara dəniz, Aralıq dənizi, Yunanıstan və Suriyadakı son vəziyyətlə bağlı məsələlər müzakirə edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AĞDAM CÜMƏ MƏSCİDİ BƏRPA EDİLİR

İşğaldan azad edilən Ağdam şəhəri ərazisində yerləşən Cümə məscidi bərpa edilir. “Report”un Qarabağ Mərkəzinin məlumatına görə, artıq ibadət ocağının ətrafı...

Bağla