Yanvarın 28-də Türkiyə Milli Təhlükəsizlik Şurasının bu il ilk iclası keçiriləcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutacaq iclasda Şərqi Aralıq dənizi, Türkiyə hərbçilərin Azərbaycan, Liviya və Suriyadakı fəaliyyəti və terrorla mübarizə başda olmaqla strateji məsələlərin müzakirəsi gözlənilir.
Türkiyə və Yunanıstan arasında Egey və Şərqi Aralıq dənizləri ilə bağlı aparılan kəşfiyyat danışıqları da iclasda müzakirə ediləcək prioritet məsələlərdəndir.
Apa