Türkiyə MN Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimdən görüntüləri paylaşıb

0

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın da iştirak etdiyi “Qış təlimi-2025” hərbi təlimlərindən yeni görüntülər paylaşıb.

Bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

“Bizi nə qar, nə şiddətli soyuq, nə də çətin relyef dayandıra bilər. Qar, soyuq və çətinliklər qarşısında birləşən güc hər zaman hədəfə çatar. Dost və müttəfiqlərlə qışın sərtliyinə baxmayaraq, hədəfləri vurmağa davam edirik. Yanvarın 20-də Qarsda başlayan, dost və müttəfiq ölkələrin də iştirak etdiyi “Qış təlimi-2025” uğurla davam edir”, – paylaşımda bildirilib.

Qeyd edək ki, müxtəlif ölkələrdən 12 mindən çox hərbçinin iştirak etdiyi təlimlərdə Azərbaycan da şəxsi heyətlə təmsil olunur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bəzi ərazilərdə dumanlı hava şəraiti fevralın 2-dək davam edəcək

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin fevralın 2-si gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi...

Bağla