Türkiyə MTŞ: Dost və qardaş ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik

0

Türkiyə dost və qardaş ölkələrin ərazi bütövlüyünü dəstəkləyir.

“TRT Haber” xəbər verir ki, bu barədə Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclasının nəticələrinə dair açıqlamada bildirilib.

Qeyd edilib ki, cari məsələlərin həlli istiqamətində müvafiq tərəflərlə təmaslar davam etdiriləcək.

Milli Təhlükəsizlik Şurasının 3 saat 45 dəqiqə keçən iclasında terrorla mübarizənin əsas istiqamətləri vurğulanıb.

“Məkanından asılı olmayaraq bütün terror təşkilatlarını hədəf almağa davam edəcəyik”, – açıqlamada yer alıb.

Bununla yanaşı, iclasda Rusiya-Ukrayna müharibəsinin qlobal və regional riskləri nəzərə alaraq dərhal atəşkəs və daimi sülhlə başa çatdırılmasının vacibliyinə diqqət yetirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN VƏ TÜRKİYƏ ORTA DƏHLİZİN İNKİŞAFINI MÜZAKİRƏ EDİB

Azərbaycan və Türkiyə Orta Dəhlizin inkişaf etdirilməsi istiqamətində görüləcək birgə tədbirlər barədə müzakirələr aparıb. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC...

Bağla