TÜRKİYƏ MÜDAFİƏ NAZİRLİYİ: YANVARIN 1-DƏN BƏRİ 794 TERRORÇU MƏHV EDİLİB

0

Türkiyə Silahlı Qüvvələri yanvarın 1-dən indiyədək İraqın və Suriyanın şimalında keçirdiyi 320 əməliyyat zamanı 794 terrorçunu zərərsizləşdirib.

Bunu Türkiyə Müdafiə Nazirliyinin mətbuat müşaviri Deniz Albay Zeki Aktürk mətbuat konfransında deyib. Onun sözlərinə görə, 2015-ci il iyulun 24-dən bəri zərərsizləşdirilən terrorçuların ümumi sayı 38 min 137 nəfərə çatıb.

Deniz Albay Zeki Aktürk Türkiyə ordusunun PKK, KCK, PYD-YPG, İŞİD və FETÖ başda olmaqla, bütün terror qruplaşmalarına qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyini bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Erməni hakim Türkiyə himninə qarşı hörmətsizlik etdi, cəzalandırıldı – VİDEO

Moldovanın paytaxtı Kişineuda keçirilən ağır atletika üzrə 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyində erməni hakim...

Bağla