Türkiyə nümayəndə heyətinin üzvü: “AŞPA Azərbaycansız natamam bir qurum olacaq”

0

“AŞPA Azərbaycansız natamam bir qurum olacaq”.

“Report”un Fransa bürosu xəbər verir ki, bunu Türkiyənin AŞPA-da nümayəndə heyətinin üzvü Zeynep Yıldız qurumun qış sessiyası zamanı bildirib.

“Azərbaycanın AŞPA-da olması bu qurumun güclü tərəfidir. AŞPA müxtəlif mədəniyyətlər arasında dialoq platforması olmalıdır. Qurum plüralizm fəlsəfəsinə sadiq qalmazsa, nasaz vəziyyətə düşəcək. AŞPA-nın müxtəlif münaqişələri həll edib yoluna qoymağı bacaran dünyəvi təşkilat ola bilməsi üçün Azərbaycana ehtiyacı var”, – Z.Yıldız deyib.

Türkiyəli deputat əlavə edib ki, Azərbaycan Avropa Şurası Parlament Assambleyasının əvəzsiz üzvlərindən biridir:

“Bu təşkilatın çoxtərəfliliyi kontekstində Azərbaycanın burada olması bu qurumu Avropa İttifaqı və digər beynəlxalq təşkilatlardan fərqləndirən amillərdən biridir.

Z.Yıldız deputatları Azərbaycan nümayəndə heyətinin assambleyadakı tamhüquqlu üzvlüyünü qorumağa çağırıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞAN RƏİSİ İLƏ CƏNUBİ QAFQAZDAKI VƏZİYYƏTİ MÜZAKİRƏ EDİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə görüşündə Suriya, İraq, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib....

Bağla