TÜRKİYƏ ORDUSU 15 TERRORÇUNU ZƏRƏRSİZLƏŞDİRDİ

0

Türkiyə Silahlı Qüvvələri (TSK) Şimali İraqda və Şimali Suriyada separatçı 15 PKK terrorçusunu zərərsizləşdirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi sosial şəbəkədəki rəsmi səhifəsində məlumat yayıb.

“Terrorçular üçün qaçmağa yer yoxdur,  onlar üçün heç bir yer təhlükəsiz deyil!

Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalındakı Gara və Pençe Kilit bölgələrində müəyyən edilən 5 PKK terrorçusunu, Suriyanın şimalındakı Fırat Kalkanı və Barış Pınarı bölgələrində isə 10 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

Harada olurlarsa olsunlar, Mehmetçik terrorçuların nəfəsini kəsməyə davam edəcək.” – deyə paylaşımda bildirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“İNŞALLAH BİR GÜN GÖY MƏSCİDDƏ CÜMƏ NAMAZI QILARIQ”

“Hamı necə Axtamar kilsəsini rahatlıqla ziyarət edə bilirsə bizdə İrəvan şəhərində olan Göy Məscidi ziyarət etmək istəyirik”. İslamveirfan.com-un xəbərinə görə,...

Bağla