Türkiyə Müdafiə Nazirliyinə bağlı Türk Silahlı Qüvvətlərinin (TSK) hərbçiləri “Fırat Kalkanı” və “Barış Pınarı” bölgələrində 25 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
İslamveirfan.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sosial şəbəkədəki rəsmi səhifəsində paylaşılıb.
“Şəhidlərimizin qanı yerdə qalmadı, qalmır, qalmayacaq. Qəhraman əsgərlərimiz “Fırat Kalkanı” və “Barış Pınarı” bölgələrində 25 PKK/YPG terrorçusunu, qarşısını almaq və cəzalandırmaq zərbələri ilə zərərsizləşdirib.. terrorçuları qazdıqları xəndəklərdə basdırmağa davam edəcəyik.” – deyə nazirliyin paylaşımında qeyd edilib.
Xatırladaq ki, ötən gün TSK-nın 2 hərbçisi “Fırat Kalkanı” bölgəsində şəhid olub.
Şehitlerimizin kanı yerde kalmadı, kalmıyor, kalmayacak!
Kahraman Komandolarımız, Fırat Kalkanı ve Barış Pınarı bölgelerindeki 25 PKK/YPG’li teröristi önleme ve cezalandırma atışlarıyla etkisiz hâle getirdi.
Teröristleri kazdıkları hendeklere gömmeye devam edeceğiz!#MSB pic.twitter.com/BbaDhNMWpS
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) July 27, 2022