TÜRKİYƏ ORDUSU İRAQ VƏ SURİYADA PKK-NIN 114 HƏDƏFİNİ MƏHV EDİB

0

Türkiyə ordusu İraqın şimalında və Suriyada həyata keçirdiyi əməliyyatlar nəticəsində son 5 gündə PKK terror təşkilatının 114 hədəfini məhv edib.

 “TRT Haber” telekanalı xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Yaşar Gülər ​​bildirib.

“Milli Kəşfiyyat Təşkilatı ilə koordinasiyalı şəkildə İraqın şimalında və Suriyada həyata keçirilən hava əməliyyatları nəticəsində son 5 gündə terror təşkilatının 114 hədəfi, o cümlədən 78 terrorçu məhv edilib”, – nazir deyib.

O, PKK-ya qarşı mübarizənin son terrorçu məhv edilənə qədər davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, İraq və Suriyada əməliyyatlar yanvarın 12-də PKK silahlılarının İraqın şimalında Türkiyənin hərbi postuna hücumu nəticəsində 9 əsgərin şəhid olmasından sonra başlayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AFRİKADA BİR KƏNDİN SAKİNLƏRİ MÜSƏLMAN OLDULAR – VİDEO

Aafrikada bir kəndin sakinləri Kəlimeyi-Şəhadət gətirərək İslam dinini qəbul ediblər. Bu barədə sosial şəbəkə platformlarında video paylaşılıb. Həmin görüntüləri oxucularımıza...

Bağla