Türkiyə Silahlı Qüvvələri (TSK) Şimali İraqın bəzi bölgələrində PKK terror ünsürlərinə qarşı hərbi əməliyyatlara başlayıb.
Bu barədə məlumat yayan Türkiyə Milli Müdafiə Nazirliyi, “Pençe-Kilit” adlı əməliyyatla Şimali İraqın Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçulara ağır zərbə vurulduğunu bildirib.
Məlumata görə, PUA, HPUA (hücumçu pilotsuz uçan aparat) və yerli ATAK helikopterlərinin iştirak etdiyi əməliyyat nəticəsində çox sayda terrorçu məhv edilib.
Əməliyyatı hərəkat qərargahından izləyən milli müdafiə naziri Hulusi Akar, əməliyyatda iştirak edən əsgər və pilotlara radiostansiya ilə müraciət edərək uğurlar arzulayıb.
Məlumatda bildirilib ki, terrorçulara aid sığınacaqlar, mövqelər, silah depoları, tunellər və qondarma qərargahlar dəqiq zərbələrlə məhv edilib.
Bordo Berelilerimiz ve Komandolarımız Metina, Zap ve Avaşin-Basyan’da! 🇹🇷 pic.twitter.com/qE75atzHNE
— Hulusi AKAR 🇹🇷 (@HulusiAkarMSB_) April 18, 2022